Agentlik: Jurnalistlərin həlak olmasına dünya birliyi səssiz qalmamalıdır

Agentlik: Jurnalistlərin həlak olmasına dünya birliyi səssiz qalmamalıdır Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası Kəlbəcərdə media işçilərinin minaya düşməsi ilə bağlı iclas keçirir.
Media
4 İyun , 2021 15:47
Agentlik: Jurnalistlərin həlak olmasına dünya birliyi səssiz qalmamalıdır

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası Kəlbəcərdə media işçilərinin minaya düşməsi ilə bağlı iclas keçirir.

"Report"un məlunmatına görə, Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev bunun Ermənistanın törətdiyi növbəti cinayət olduğunu deyib:

"Ermənistan indiyədək minalanmış ərazilərin xəritəsini vermək istəmir və bu istiqamətdə istək nümayiş etdirmir. Bu da birbaşa olaraq beynəlxalq humanitar qanun və normaların pozulmasıdır. Bu gün artıq Ermənistanın bu hərəkəti qırmızı xətti sözün əsl mənasında növbəti dəfə keçməkdir. Günahsız insanların, mülki şəxslərin, peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin həlak olmasına dünya birliyi səssiz qalmamalıdır. Bu gün müharibədən - 10 noyabr bəyanatından sonra təxminən 130-a yaxın Azərbaycan vətəndaşı minaya düşərək yaralanıb, 25-ə yaxın şəxs isə həlak olub".

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi