“Azərbaycanda mövcud olan media subyektləri və jurnalistlər barədə məlumatlar sistemləşdiriləcək”.
“Report”un xəbərinə görə, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bununla bağlı müddəalar “Media haqqında” yeni qanun layihəsinə daxil ediləcək: “Hazırda bu məsələ müzakirə edilməkdədir”.