Baş redaktor: "Yeni şərtlərlə jurnalistlərin gələcəyi sığortalanır"

Baş redaktor: "Yeni şərtlərlə jurnalistlərin gələcəyi sığortalanır" "Müsabiqənin yeni şərtləri media sektorunda həyata keçirilən istahalatların növbəti mərhələsinin prinsiplərinə tamamilə uyğundur və bundan sonrakı mərhələyə hazırlıq kimi qiymətləndirilməlidir".
Media
2 İyun , 2021 16:36
Baş redaktor: Yeni şərtlərlə jurnalistlərin gələcəyi sığortalanır

"Müsabiqənin yeni şərtləri media sektorunda həyata keçirilən istahalatların növbəti mərhələsinin prinsiplərinə tamamilə uyğundur və bundan sonrakı mərhələyə hazırlıq kimi qiymətləndirilməlidir".

Bunu "Report"a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, müddəalar mahiyyət etibarı ilə çap mediasında keyfiyyət göstəricilərinin artmasına zəmin yaradır:

"Ən önəmli cəhət isə ondan ibarətdir ki, proses sistemli şəkildə və konseptual əsaslıdır. Digər müsbət tərəfi tirajın minimuma endirilməsi və hər bir çap mediası üçün bərabər imkanlar yaradılmasıdır. Bu isə redaksiyalara müəyyən zaman kəsiyində yaradıcı mühitin formalaşdırılması və yüksəldilməsi üçün daha çox resurs sərf etməyə imkan verəcək. Göz önündə olan fərqli bir mənzərənin olması və hər kəsə bərabər imkan yaradılmasıdır".

Elçin Mirzəbəyli
Elçin Mirzəbəyli

Baş redaktor qəzet redaksiyalarının ən azı 5 nəfərdən ibarət olması şərtini doğru addım adlandırıb: "Əvvəla, 5 nəfər yaradıcı şəxsdən az olan redaksiyalar heç zaman keyfiyyətli məhsul ortaya qoya bilməzlər. Bu, daha çox texniki amillər üzərində qoyulan bir fəaliyyət olur. Amma yaradıcı heyətin minimum 5 nəfər nəzərdə tutulması əslində redaksiyalarda yaradıcı insanların çəkisinin artmasına imkan yaradacaq. Həm də neqativ halların aradan qaldırılmasını stimullaşdıracaq. Digər məqam isə redaksiyaların eyni adlı veb-saytlarının maliyyələşməsi və onların yenidən qurulmasına imkan yaradılmasıdır. Praktikada hər kəsin çap mediasında yaşadığı problemdir. Bu, çap mediası ilə yeni media arasında körpünün formalaşmasına zəmin yaradan amildir".

E.Mirzəbəyli bildirib ki, saytlarda çalışan jurnalistlərin minumum əmək haqqının 600 manat nəzərdə tutulması mühüm addımdır:

"Uzun illərdir Azərbaycan mətbuatında çalışan insanlar var ki, maaşlarının az olması səbəbindən təqaüdə çıxan zaman çoxsaylı problemlərlə qarşılaşıb. Bu şərt indiki məqamda jurnalistlərin gələcəyinin sığortalanması baxımından yaxşıdır".

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə müsabiqə elan edilib.

Son xəbərlər

Orphus sistemi