Bölgələrdə fəaliyyət göstərən bir qrup media nümayəndəsi Şuşada səfərdədir - YENİLƏNİB

Bölgələrdə fəaliyyət göstərən bir qrup media nümayəndəsi Şuşada səfərdədir - YENİLƏNİB Bir qrup media nümayəndəsi və sakinlər Şuşaya səfər edirlər.
Media
26 Dekabr , 2023 13:15
Bölgələrdə fəaliyyət göstərən bir qrup media nümayəndəsi Şuşada səfərdədir - YENİLƏNİB

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşaya səfər edən media nümayəndələri şəhərə çatıblar.

"Report"un Qərb bürosunun məlumatına görə, səfərdə müxtəlif media qurumlarının regionlarda çalışan bir qrup əməkdaşı iştirak edir.

Jurnalistlər Şuşada həyata keçirilən yenidənqurma işləri ilə tanış olublar, şəhərin tarixi abidələrini ziyarət ediblər.

06:11

Bir qrup media nümayəndəsi Şuşaya səfər edirlər.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərindən yola düşən avtobus bir neçə saatdan sonra Şuşa şəhərinə çatacaq.

Səfər çərçivəsində Şuşada aparılan yenidənqurma işləri ilə tanışlıq olacaq, tarixi abidələr və şəhərin görkəmli yerləri ziyarət olunacaq.

Qeyd edək ki, media nümayəndələrinin Şuşaya səfərini Medianın İnkişafı Agentliyi təşkil edib.

Son xəbərlər

Orphus sistemi