Bu gün Day.az informasiya portalının yaranma günüdür.
“Report”un xəbərinə görə, saytın fəaliyyətə başlamasından 21 il ötür.
Day.az Azərbaycanın internet məkanında həm daxilolma sayına, həm də oxuculara təqdim edilən imkanlara görə liderlərdən biri olmaqda davam edir. Son illər ərzində bu informasiya portalı dünyada ən son tendensiyalara uyğun olaraq texnoloji baxımdan yenilənib.
Day.az özünün @day.az poçt xidmətini, “NewsTube” videohostinqini, Azərbaycanın bütün bölgələri üzrə ətraflı hava proqnozunu təqdim edən “weather.day.az” platformasını, Heydər Əliyev Beynəlxalq hava limanında aviareyslərin onlayn cədvəlini (avia.day.az), ölkənin bütün banklarında valyuta məzənnələri xidmətini (azn.day.az) və bir çox digər xidmətləri əhatə edir.
İnformasiya portalının bu xüsusiyyətləri və imkanları ona Azərbaycanda ən çox ziyarət edilən saytlardan biri olmağa imkan verir.
Day.az sosial şəbəkələrdə də aktivdir. Saytın feysbuk səhifəsinə 209 mindən çox real istifadəçi, “NewsTube”a isə təxminən 620 min unikal istifadəçi abunə olub. Portal “X” sosial şəbəkəsində və teleqramda da auditoriyasını genişləndirir.
Day.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara işlərində uğurlar arzulayırıq!