Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi

Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.
Media
26 Noyabr , 2020 12:53
Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi
Elşad Hacıyev
0 : 00
0 : 00

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.

"Report"un xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

DİN-in Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.

E.Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.

Qeyd edək ki, BŞBPİ-nin Mətbuat Xidməti ləğv edilib.

Son xəbərlər

Orphus sistemi