Fransa səfiri: "AzTV-nin çəkiliş qrupuna hücumdan çox təəssüflənirəm"

Fransa səfiri: "AzTV-nin çəkiliş qrupuna hücumdan çox təəssüflənirəm" "AzTV-nin çəkiliş qrupuna hücumdan çox təəssüflənirəm".
Media
29 İyun , 2023 14:37
Fransa səfiri: AzTV-nin çəkiliş qrupuna hücumdan çox təəssüflənirəm

"AzTV-nin çəkiliş qrupuna hücumdan çox təəssüflənirəm".

"Report" xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Ann Buayon tviter hesabında yazıb.

"Fransada AzTV komandasına edilən hücuma görə çox təəssüflənirəm. Ümid edirəm ki, bu əməlləri törədənlər tutulacaq", - diplomat qeyd edib.

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Son xəbərlər

Orphus sistemi