"Haber Global"ın əməkdaşı: “Qarabağda işlərin sürətlə davam etdiyinin şahidi oluruq”

"Haber Global"ın əməkdaşı: “Qarabağda işlərin sürətlə davam etdiyinin şahidi oluruq” “Qarabağda işlərin sürətlə davam etdiyinin şahidi oluruq”.
Media
16 Avqust , 2023 12:58
Haber Globalın əməkdaşı: “Qarabağda işlərin sürətlə davam etdiyinin şahidi oluruq”
Hamza Çiftçi

“Qarabağda işlərin sürətlə davam etdiyinin şahidi oluruq”.

Bu fikirləri “Report”un Laçına ezam olunmuş əməkdaşına açıqlamasında işğaldan azad edilən ərazilərdə səfərdə olan türkiyəli jurnalist, “Haber Global” televiziya kanalının əməkdaşı Hamza Çiftçi deyib.

“Azərbaycan azad edilmiş ərazilərin bərpası və burada sabitliyin təmin olunması istiqamətində işlər görür. Biz də buna şahidlik edirik. Aprelin 23-dən etibarən Laçın yolunda nəzarət təmin olunub. Çünki nəzarətsizlik nəticəsində qanunsuz daşınmalar, hərbi daşınmalar həyata keçirilə bilər. Ona görə də bu addım çox vacibdir. Həm də Laçın yolu Azərbaycanın suveren ərazisidir. Rəsmi Bakı humanist şəkildə işlərini davam etdirir. Ümid edək ki, buna münasibət adekvat olacaq”, - türkiyəli jurnalist vurğulayıb.

Son xəbərlər

Orphus sistemi