Azərbaycanda informasiya agentliklərinin məlumatlarından müntəzəm olaraq istinadsız istifadə edən KİV-lər barədə ölçü götürüləcək.
“Report”un əldə etdiyi məlumata görə, "Media haqqında" yeni qanun layihəsində informasiya agentliklərinin informasiyalarından müntəzəm olaraq istinadsız istifadə edən, müəllif hüquqlarını nəzərə almayanlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Layihədə qeyd edilib ki, informasiya agentliyi qanunvericiliklə təsbit olunmuş hüquqlarını müdafiə etməkdə sərbəstdir.