Jurnalistlər Azıx mağarasında olublar

Jurnalistlər Azıx mağarasında olublar "Azıx mağarası Azərbaycanda mövcud olan 6 paleontoloji abidədən biri sayılır"
Media
28 Aprel , 2021 18:52
Jurnalistlər Azıx mağarasında olublar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Xocavənd rayonunun Azıx kəndini və Azıx mağarasını ziyarət ediblər.

“Report”un Xocavəndə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, nazirliyin Biloloji müxtəlifliyin qorunması xidmətinin rəisi Firudun Əliyev jurnalistlərə Azıx mağarası haqqında qısa məlumat verib.

Onun sözlərinə görə, Azıx mağarası Azərbaycanda ilkin yaşayış məskəni sayılır: "Eramızdan 350-400 min il əvvələ aid olan qadın alt çənə sümüyünün aşkarlanması bunu sübut edir. Tədqiqatlara 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən başlanıb, 1968-ci ildə qadın alt çənə sümüyü aşkar olunub. Təəssüflər olsun ki, 1993-cü ildə ermənilər tərəfindən qeyri-qanuni arxeoloji qazıntılar aparılıb və burada müəyyən edilən arxeoloji nümunələr xarici ölkələrə daşınıb. Həmin nümunələr haqda məlumat yoxdur və onlar itirilib. Burada Tunc dövründən qalan ilkin əmək alətlərinə rast gəlinib. Bundan başqa, Azıx mağarası Azərbaycanda mövcud olan 6 paleontoloji abidədən biri sayılır".

Son xəbərlər

Orphus sistemi