Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.
“Report”un Ağdama ezam olunmuş əməkdaşının xəbərinə görə, səfərdə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov iştirak edir.
Nümayəndə heyəti Şahbulaq qalası və məscidində olub.
KİV nümayəndələrinə erməni vandalizminə məruz qalan tarixi-dini abidə ilə bağlı məlumat verilib.
Qeyd edək ki, səfəri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti təşkil edib.