Konflikt jurnalistlərin poliqon təlimlərinə start verilib

Konflikt jurnalistlərin poliqon təlimlərinə start verilib “Konflikt Jurnalistikası Məktəbi”nin “Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri” layihəsinin 2-ci mərhələsi çərçivəsində 30 jurnalistə hərbi hissələrdə və poliqonlarda 10 günlük təlim keçiriləcək.
Media
1 İyul , 2022 17:03
Konflikt jurnalistlərin poliqon təlimlərinə start verilib

“Konflikt Jurnalistikası Məktəbi”nin “Jurnalistlərin konfliktlərdə və risklərdə davranma təlimləri” layihəsinin 2-ci mərhələsi çərçivəsində 30 jurnalistə hərbi hissələrdə və poliqonlarda 10 günlük təlim keçiriləcək.

“Report” xəbər verir ki, "Dinc Dünya" Araşdırma Mərkəzi”, "Konflikt jurnalistikası məktəbi"nin rəhbəri Əlisafa Mehdi iyulun 2-dən start götürən poliqon təliminə qoşulan jurnalistlərin ekstremal şəraitdə çalışacağını bildirib:

“Yanğın, sel, daşqın, müharibə, terror, epidemiya, texnogen qəza kimi hadisələrdə davranma təcrübəsinə yiyələnmək üçün təlim boyu jurnalistlər elə də asan olmayan hallarla üzləşməli olacaqlar. Ekstremal hadisə yerinə gedişin, təhlükəli və münaqişəli zonada işləməyin və sağ qalmanın universal qaydalarını, belə situasiyada işləməyin psixologiyasına uyğun davranmağı, hadisələrə peşəkar yanaşmağı və psixoloji hazırlığı, risklərin dəyərləndirilməsini, qəza anında xilasolma imkanlarını, düşmənin mümkün imitasiya vasitələrindən yayınma təcrübəsini yerində öyrənəcəyik”.

Əlisafa Mehdi
Əlisafa Mehdi

"Konflikt jurnalistikası məktəbi"ni (KJM) 2003-cü ildə “Dinc Dünya” Araşdırma Mərkəzi yaradıb. KJM davamlı olaraq ölkədə ekstremal jurnalistika təlimlərini reallaşdırır. 2015-ci ildən layihə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə Silahlı Qüvvələrin bazasında keçirilir. Tədris dövründə jurnalistlər həm auditoriya, həm poliqon təlimlərində iştirak edir, ekstremal vəziyyətdə davranış qaydalarını mənimsəyirlər. Təlim proqramı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin digər tərəfdaşı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsidir.

"Konflikt jurnalistikası məktəbi" layihəsinin 1-ci mərhələsinə aprelin 23-də start verilib. Auditoriya təlimləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilib.

Son xəbərlər

Orphus sistemi