“Bu gün həmkarlarımız iş başında olarkən minaya düşərək həlak olublar. Bu, Ermənistan tərəfindən bizim media nümayəndələrinə və mülki şəxslərimizə qarşı törədilən növbəti terror aktıdır”.
“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.
“Azərbaycan mediası olaraq bunu qətiyyətlə pisləyir və bütün beynəlxalq təşkilatları hadisəyə hüquqi qiymət verməyə çağırırıq”, - Ə.İsmayılov vurğulayıb.