“Media haqqında” yeni qanun layihəsi üzərində İşçi Qrup işini yekunlaşdırmaq üzrədir. Artıq müəyyən istiqamətlər bəllidir”.
“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.
“Artıq “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun qüvvədən düşməsi və Azərbaycanda yeni “Media haqqında” qanunun qəbul edilməsi prosesindəyik”,- o bildirib.