MEDİA rəhbəri jurnalistlərə müraciət edib

MEDİA rəhbəri jurnalistlərə müraciət edib “MEDİA ilk addımlarını atır”.
Media
22 İyul , 2021 19:55
MEDİA rəhbəri jurnalistlərə müraciət edib
Əhməd İsmayılov

“MEDİA ilk addımlarını atır”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Dənizkənarı Milli Parkda Milli Mətbuat Gününə həsr olunan tədbirdə deyib.

Jurnalistlərdən Agentliyi dəstəkləməklərini xahiş edən Ə.İsmayılov bütün layihələrə, təkliflərə açıq olduğunu bildirib:

"Biz qələbənin carçılarıyıq. Çox xahiş edirəm, bu tempi saxlamaqda bizə kömək edəsiniz”.

Tədbirdə çıxış edən Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Fazil Novruzov bildirib ki, son dövrlər media sahəsində islahatların dərinləşdirilməsi gündəmə gəlib:

“Bunun nəticəsində Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. MEDİA-nın yaradılmasından çox müddət keçməsə də, onların fəaliyyətini fədakarlıq kimi qiymətləndirirəm. Onlar bütün media nümayəndələri ilə görüşlər keçirməyə çalışırlar. Biz də MTRŞ olaraq, MEDİA ilə əməkdaşlıq edirik”.

F.Novruzov Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərin də xatirəsini yad edib və qeyd edib ki, onların fəaliyyətini bu gün anmamaq mümkün deyil.

Son xəbərlər

Orphus sistemi