Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Media savadlılığı" rəqəmsal platformasının məqsədlərini açıqlayıb.
"Report" xəbər verir ki, o, bu barədə "Media savadlılığı" konfransı çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, bu gün təqdimatı keçirilən rəqəmsal platforma bir çox cəhətdən əhəmiyyətlidir: "Hər şeydən əvvəl obyektiv informasiya mənbəyinin əldə olunmasında bu platformanın xüsusi rolu olacağına inanırıq. Həmçinin, saxta xəbərlərlə mübarizədə də bu platforma müstəsna rol oynayacaq. Həm obyektiv informasiyanın əldə olunması, həm də saxta xəbərlərlə mübarizədə zəruri üsul və vasitələrin tapılması üçün platforma istifadəçilərə yardımçı olacaq".