Azərbaycan Mətbuat Şurasında iyunun 29-da jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək.
Bu barədə "Report"a Şuradan məlumat verilib.
Bildirilib ki, peyvəndləmə mayın 31-də vaksinin birinci dozası tətbiq edilən jurnalistlərə aiddir. Onlara vaksinin ikinci dozası tətbiq ediləcək.
Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.