Modern.az 15 yaşını qeyd edir

Modern.az 15 yaşını qeyd edir Modern.az 15 yaşını qeyd edir
Media
1 Sentyabr , 2024 12:18
Modern.az 15 yaşını qeyd edir

Bu gün Modern.az xəbər agentliyinin yaranma günüdür.

"Report" xəbər verir ki, saytın fəaliyyətə başlamasından 15 il ötür.

Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır. Sayt tək Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.

Xəbər Agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.

"Report" İnformasiya Agentliyi Modern.az-da çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

Son xəbərlər

Orphus sistemi