“Report” İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 16-cı qrupunun təlim proqramı yekunlaşıb.
“Report” xəbər verir ki, agentlikdə jurnalistika peşəsinin sirlərini öyrənən, xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, monitorinq və sorğulara qoşulan 10 jurnalistə sertifikat təqdim edilib.
Məzunlarla görüşə gələn “Report” İnformasiya Agentliyinin Direktoru Fuad Hüseynəliyev qrup üzvlərinin göstərdiyi nəticədən razı qaldığını bildirib:
“Ümumən məzunlar yaxşı göstəriciləri ilə yadda qalıblar. Hətta fərqlənmə sertifikatı verdiyimiz iki tələbənin topladığı ballarla digərlərinin nəticələri arasında elə bir ciddi fərq olmayıb. Məzunlardan biri hazırda agentliyin Multimedia şöbəsində sosial media meneceri kimi özünü sınayır. Xəbər hazırlamaq baxımından qrupun uğurlu nəticə ortaya qoyduğunu deyə bilərik”.
Report Media Məktəbinin rəhbəri, təlimçi İsmayıl Rafiqoğlu məzunların müasir jurnalistikaya uyğun davranış modelini ortaya qoyduqlarını vurğulayıb:
“Report Media Məktəbinin sayca 16-cı qrupunun üzvləri bu dəfə xəbər hazırlamaqda xüsusi operativlik bacarığını ortaya qoya biliblər. Reallaşan hər tədbirdən, görüşdən tez və yerindəcə xəbər hazırlamağı bacarıblar”.
İ.Rafiqoğlu təlim boyu reallaşan bir sıra tədbir və görüşlərdən də danışıb:
“Report”un bir sıra aparıcı jurnalistlərinin tələbələrlə görüşləri baş tutub. Baş redaktor Murad Əliyev, baş redaktorun müavini Emil Quliyev, idman şöbəsinin redaktoru Kənan Həsənov, iqtisadiyyat şöbəsinin redaktoru Namiq Hüseynov, multimedia şöbəsinin əməkdaşı Cavid Osmanov, daxili şöbənin əməkdaşı, BDU-nun jurnalistika fakültəsinin müəllimi Kənan Novruzov da daxil olmaqla maraqlı təlim və görüşlər keçirilib.
Natiqlik və ünsiyyət üzrə mütəxəssis Zaur Cahangirov, Oxu.az saytının redaktoru Ülviyyə Gülməmmədova, Baku.ws saytının baş redaktoru Azad Əliyev, şair, yazıçı, publisist Aqşin Yenisey, tanınmış yazıçı, tərcüməçi Saday Budaqlı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə keçirilən görüşlərdə jurnalistikanın, ədəbiyyatın durumundan danışılıb”.
Təlimçi Report Media Məktəbinin tələbələri ilə birlikdə bir neçə vacib tədbirin də reallaşdırıldığını qeyd edib:
“Qədim Qala” Nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlunun dəvəti ilə “Qədim Qala” Nəşriyyatında, Mətbuat Şurasının sədri Rəşad Məcidin dəvəti ilə Mətbuat Şurasında olmuşuq. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinə isə ingilis dilində baxmışıq”.
Report Media Məktəbi 2018-ci il iyunun 13-dən