Report Media Məktəbində yeni təlim proqramına start verilib

Report Media Məktəbində yeni təlim proqramına start verilib Report Media Məktəbində yeni təlim proqramına start verilib
Media
1 Aprel , 2022 16:56
Report Media Məktəbində yeni təlim proqramına start verilib

Report Media Məktəbində yeni təlim proqramına start verilib

"Report" İnformasiya Agentliyinin (İA) Report Media Məktəbində yeni təlim proqramına start verilib.

Müraciət edənlərdən 10 tələbə Agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Report Media Məktəbinin artıq sayca 10-cu qrupunun üzvləri görüşdə bildirib ki, bu təlim prosesi jurnalistikaya açılan bir pəncərədir:

“Azərbaycanda yaxşı jurnalistə hər an ehtiyac var. Elə agentlikdə də tez-tez vakant yerlər açılır. Bəzən istədiyimiz jurnalisti tapa da bilmirik. Savadlı, həmkarları ilə dil tapa bilən, vəzifə borcunu dəqiq yerinə yetirə bilən kadrlara həmişə mətbuatda yer var. Report Media Məktəbi perspektivli gənclərə bu yöndən dəstək olur”.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu təlim dövründə gənc jurnalistləri məsuliyyətli olmağa çağırıb:

“Təlimin bir gününü belə boşa vermək olmaz. Agentlik jurnalisti bir anı belə itirə bilmədiyi kimi Report Media Məktəbinin tələbəsi də dayanmadan bilik əldə etməli, verilən hər tapşırığı yerinə yetirməlidir. Uğur qazanmağın yolu gündəlik işdən keçir”.

Qeyd edək ki, Report Media Məktəbi 2018-ci ildən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi