Report Media Məktəbinin 15-ci qrupu təlim proqramına qoşulub

Report Media Məktəbinin 15-ci qrupu təlim proqramına qoşulub "Report" İnformasiya Agentliyində fəaliyyət göstərən (İA) Report Media Məktəbinin sayca 15-ci qrupu yeni təlim proqramına qoşulub.
Media
26 Oktyabr , 2023 17:20
Report Media Məktəbinin 15-ci qrupu təlim proqramına qoşulub

"Report" İnformasiya Agentliyində (İA) fəaliyyət göstərən Report Media Məktəbinin sayca 15-ci qrupu yeni təlim proqramına qoşulub.

Müraciət edənlərdən 9 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev Report Media Məktəbinin tələbələri ilə görüşdə bildirib ki, təlim prosesinin ən mühüm hissəsi təcrübəli jurnalistlərin işini diqqətlə izləməkdən keçir:

“Report”un müxbirləri ilə tədbirlərə getmək, aparıcı redaktorların təlimlərində aktiv iştirak etməklə real jurnalistikanı dərindən öyrənmək olar. Peşənin sirlərini yaxşı bilməklə ən uğurlu karyeraya sahib olmaq mümkündür. Sizi təlim boyu maraqlı insanlar, tanınmış jurnalistlər və yazarlarla görüşlər də gözləyir”.

Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu təlimə qoşulan tələbələrə prosesə ciddi yanaşmağı təklif edib:

“Report Media Məktəbində reallaşan təlimlərdə sistematik iştirak etməklə uğurlu nəticəyə imza atmaq olar. Hər bir tələbə yazı yazmaq, xəbər hazırlamaq, operativ düşüncə tərzinə malik olmaq bacarığını inkişaf etdirməyə çalışmalıdır. Yaxşı nəticə sərf edilən enerjiyə düz mütənasibdir”.

Report Media Məktəbi 2018-ci il iyunun 13-dən fəaliyyət göstərir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi