Saytlarda aparılan monitorinqlərin məqsədi açıqlanıb

Saytlarda aparılan monitorinqlərin məqsədi açıqlanıb Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə "Saytların dil mənzərəsi" adlı tədbir keçirilib.
Media
9 İyul , 2021 11:39
Saytlarda aparılan monitorinqlərin məqsədi açıqlanıb

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə "Saytların dil mənzərəsi" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri, görkəmli dilçi alimlər, ziyalılar, eləcə də dövlət və özəl saytların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru, professor Sevinc Əliyeva bildirib ki, keçən dövr ərzində Azərbaycan dilinin saflığının qorunması və dilimizin düzgün tətbiqi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.

O, 60-dan çox saytın dili ilə bağlı aparılan monitorinqlərin nəticələrinin əks olunduğu hesabatda 5 mindən artıq dil faktının aşkarlandığını diqqətə çatdırıb.

Mərkəzin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, dosent Şahlar Məmmədov monitorinqlərin nəticələrinə həsr olunmuş "Saytların dil mənzərəsi" adlı hesabat məruzəsi ilə çıxış edib.

O, norma pozuntuları, həmçinin mövcud vəziyyətdən çıxış yolları ilə bağlı təklifləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirdə iştirak edən digər qonaqlar saytların dil mənzərəsini əks etdirən hesabatın nəticələrinə münasibət bildirərək internet resurslarında ana dilinin təbiqi ilə bağlı yaranan problemlərə toxunub, onların aradan qaldırılmasının həlli yolları barədə fikirlərini bölüşüblər.

Ş.Məmmədov bildirib ki, monitorinqlərin aparılmasında məqsəd saytlarda ədəbi dil normalarının gözlənilməsi ilə bağlı olub. Onun sözlərinə görə, burada leksik, orfoqrafik, qrammatik normaların pozulmasına diqqət yetirilib.

"Biz mətbuatda dil üslubu pozuntularının aradan qaldırılması, dilimizin saflığının qorunması və inkişafı ilə bağlı media nümayəndələri ilə birgə mütəmadi olaraq çalışmalıyıq", - o bildirib.

Daha sonra Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri Möhsün Nağısoylu çıxış edib.

O, saytlarda, reklamlarda və televiziyalarda ədəbi dilin normalarının pozulduğunu bildirərək bunun həlli yollarından söz açıb.

Son xəbərlər

Orphus sistemi