Şura sədri: "Heç kim telekanalların necə dəyişəcəyini dəqiqliklə proqnozlaşdıra bilməz"

Şura sədri: "Heç kim telekanalların necə dəyişəcəyini dəqiqliklə proqnozlaşdıra bilməz" "Bu gün heç kim telekanalların necə dəyişəcəyini dəqiqliklə proqnozlaşdıra bilməz. İndi heç kim, ümumiyyətlə, deyə bilməz ki, yeni ölçmələr hansı nəticələri ortaya çıxaracaq və onların hazırkı nəticələrdən fərqi nə olacaq".
Media
15 Oktyabr , 2021 15:05
Şura sədri: Heç kim telekanalların necə dəyişəcəyini dəqiqliklə proqnozlaşdıra bilməz

"Bu gün heç kim telekanalların necə dəyişəcəyini dəqiqliklə proqnozlaşdıra bilməz. İndi heç kim, ümumiyyətlə, deyə bilməz ki, yeni ölçmələr hansı nəticələri ortaya çıxaracaq və onların hazırkı nəticələrdən fərqi nə olacaq".

Bunu "Report"a müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov deyib.

O bildirib ki, amma hansı rəqəmlərin əldə olunmasından asılı olmayaraq, əsas odur, bu, reallığı əks etdirəcək və mütəxəssislər arasında inamsızlıq yaratmayacaq, həmçinin reytinqlərlə hesablaşmamaq mümkün olmayacaq: "Məlumatları toplamaq və təhlil etmək, tam mənzərəni əldə etmək üçün telekanallara bir neçə ay vaxt lazım olacaq. Bundan başqa, yeni ölçmələrin təsadüf edəcəyi televiziya mövsümünün (2022-2023-cü illər mövsümü) başlaması ilə telekanallar hər hansı radikal dəyişikliklər edə bilməyəcəklər. Lakin artıq 2023-cü ilin yayında telekanallar 2023-2024-cü illər mövsümünə yaxşı hazırlaşmaq üçün tamaşaçı zövqü ilə bağlı kifayət qədər məlumata malik olacaq. Hələ ki, cavabı olmayan daha bir sual ondan ibarətdir ki, reklam bazarı tam ölçmənin nəticələrinə necə reaksiya verəcək?".

İ.Səttarovun sözlərinə görə, digər ölkələrin təcrübəsi göstərir ki, dəqiq data reklam bazarında artıma səbəb olur: "Çox güman ki, bizim ölkəmizdə də elə olacaq. İnanmaq istərdik ki, bu artım 100% reklamdan asılı olan və maliyyə baxımından mürəkkəb hazırkı dövrdə çətinlik çəkən telekanallarda keyfiyyətli ölçməni təmin etmək üçün kifayət edəcək. Dəqiq ölçmə reklam bazarından az və ya ümumiyyətlə, asılı olmayan telekanallara fəaliyyətini optimallaşdırmağa, effektivliyini artırmağa imkan verəcək.

Göründüyü kimi, bu, uzun bir prosesdir və hətta istəsən belə, onu sürətləndirmək mümkün deyil. Ölçmə cihazının quraşdırılmasına 1 il vaxt lazımdır. İlkin məlumatların təhlili üçün daha 1 il 6-8 ay tələb olunacaq. Yeni televiziya mövsümünə hazırlaşmaq üçün standart 3 ay lazımdır. Nəticədə,bu gün haqqında danışdıqlarımızın effektini 2023-cü ilin payızında hiss etmək mümkün olacaq. Bununla belə, nəhayət ki biz bu işə başladıq. Fürsətdən istifadə edərək uzun illər boyu bu məsələni qaldıran, bütün mümkün platformalarda aktuallaşdıran mətbuat sahəsindəki bütün həmkarlarıma təşəkkür bildirmək, bu məsələnin həllində hərtərəfli dəstək göstərmiş ölkə rəhbərliyinə onların adından minnətdarlıq ifadə etmək istəyirəm".

Son xəbərlər

Orphus sistemi