Tanınmış jurnalist Səadət Məmmədova yeni vəzifəyə təyinat alıb.
“Report” xəbər verir ki, o, Azad Azərbaycan Televiziyası (ATV) prezidentinin İnformasiya yayımı üzrə müşaviri təyin edilib.
Qeyd edək ki, S.Məmmədova bundan əvvəl CBC TV-nin Xəbərlər və İnformasiya Departamentinin direktoru vəzifəsində çalışıb.