“TÜRKSOY Media Mükafatı”nın qalibləri ilə görüş keçirilib

“TÜRKSOY Media Mükafatı”nın qalibləri ilə görüş keçirilib Bu gün Milli İnsənət Muzeyində “TÜRKSOY Media Mükafatı”na layiq görülən media nümayəndələri və təltif olunan şəhid jurnalistlərin yaxınları ilə görüş keçirilib. "Report" xəbər verir, tədbirdə şəhid jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad ed
Media
25 Sentyabr , 2021 15:52
“TÜRKSOY Media Mükafatı”nın qalibləri ilə görüş keçirilib

Bu gün Milli İncəsənət Muzeyində “TÜRKSOY Media Mükafatı”na layiq görülən media nümayəndələri və təltif olunan şəhid jurnalistlərin yaxınları ilə görüş keçirilib.

"Report" xəbər verir ki, tədbirdə şəhid jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə iştirak edib.

Ə.İsmayılov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə həqiqətlərin dünyaya çatdırılmasında Azərbaycanla yanaşı, türk dövlətlərinin də media nümayəndələri aktiv iştirak edib: "Medianın İnkişafı Agentliyi olaraq bütün jurnalistlər adından sizlərə təşəkkür edirik. Müharibə bitdi, ancaq müharibədən sonrakı dövrdə də dezinformasiya və təbliğatlara qarşı siz də bizimlə bir yerdəsiniz. İstəyirik biləsiniz ki, Bakı, Azərbaycan sizin üçün doğma vətəndir".

Daha sonra jurnalistlərlə sual-cavab sessiyası olub.

Son xəbərlər

Orphus sistemi