Azərbaycanın üç əsrlik qəzeti yeni formatda

Azərbaycanın üç əsrlik qəzeti yeni formatda Üç əsrlik tarixi olan “Kaspi” qəzeti təkmilləşdirilmiş variantda hazırlanaraq oxucuların istifadəsinə verilib.
Media
4 Sentyabr , 2021 13:40
Azərbaycanın üç əsrlik qəzeti yeni formatda

Üç əsrlik tarixi olan “Kaspi” qəzeti təkmilləşdirilmiş variantda hazırlanaraq oxucuların istifadəsinə verilib.

“Report” xəbər verir ki, qəzet artıq həm görünüş, həm də məzmun baxımından hər iki dildə (Azərbaycan və rus) tam yenilənmiş formatda işıq üzü görüb.

Belə ki, yenilənmiş forma ilə qəzetdə hər şeyi ağ-qara görmək mümkün olmayacaq. Qəzet müasir dizaynda, dövrün çağırışlarına uyğun və rəngli şəkillərlə çap olunacaq.

Hazırda "Kaspi" və "Каспiй" qəzetlərinin təsisçisi “Global Media Group”dur.

Xatırladaq ki, “Kaspi” qəzeti 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb. 1897-ci ildən mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən alınan qəzetin baş redaktoru Əlimərdan bəy Topçubaşov olub. Qəzetdə Həsən bəy Zərdabi başda olmaqla, Məhəmməd ağa Şaxtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Nəriman Nərimanov kimi Azərbaycanın maarifpərvər ziyalıları çalışıb. 1907-ci ilə kimi “Kaspi”nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb.

1918-ci ildə erməni vandallarının Bakıda törətdiyi soyqırımı zamanı «Kaspi» qəzetinin keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsində yerləşən mətbəəsi (hazırda həmin yerdə Sabir bağı yerləşir) yandırılmış və qəzetin nəşrində fasilə yaranmışdı.

“Kaspi” 1919-cu ildə fəaliyyətini dayandırmışdır. İşıq üzü gördüyü 40 ilə yaxın dövr ərzində qəzetin on mindən çox nüsxəsi çıxıb.

1999-cu ildə “Kaspi” qəzeti bərpa olunub. Hazırda “Kaspi” Azərbaycan və rus dilində həftəlik nəşr olunur.

Son xəbərlər

Orphus sistemi