Vüqar Zifəroğlu: Dezinformasiya ilə bağlı təkcə Azərbaycanda deyil, qlobal miqyasda da çağırışlar var

Vüqar Zifəroğlu: Dezinformasiya ilə bağlı təkcə Azərbaycanda deyil, qlobal miqyasda da çağırışlar var Dezinformasiyalarla bağlı təkcə Azərbaycanda deyil, qlobal miqyasda kifayət qədər çağırışlar mövcuddur.
Media
19 İyul , 2024 11:34
Vüqar Zifəroğlu: Dezinformasiya ilə bağlı təkcə Azərbaycanda deyil, qlobal miqyasda da çağırışlar var
Vüqar Zifəroğlu

Dezinformasiyalarla bağlı təkcə Azərbaycanda deyil, qlobal miqyasda kifayət qədər çağırışlar mövcuddur.

“Report” xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu Milli Mətbuatın 149-cu ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Azərbaycanda medianın inkişafı ilə bağlı davamlı işlər görülür.

V.Zifəroğlu texnoloji yeniliklərin media sahəsində tətbiqinin vacibliyi haqqında da fikirlərini bölüşüb:

"Maliyyə dayanıqlılığı mühüm məsələlərdəndir. Sosial media və jurnalistika arasındakı əlaqə də diqqətdə saxlanılmalıdır. Sosial media bir sıra hallarda rəqabətdə ənənəvi medianı udur. Yanlış məlumatlarla bağlı qlobal məkanlarda da ciddi çağırışlar səslənir".

Son xəbərlər

Orphus sistemi