Tanınmış teleaparıcı, "Xəzər" televiziyasının sözçüsü Aqşin Kamal işdən çıxıb.
"Report"un xəbərinə görə, bu barədə A.Kamal özü məlumat verib.
O, öz istəyilə işdən çıxdığını və fərqli bir sahədə fəaliyyətə başlayacağını bildirib.
Qeyd edək ki, A.Kamal 2012-ci ildən "Xəzər" TV-də çalışırdı.