2023-cü ildə 17 minə yaxın vətəndaş özünüməşğulluq proqramına cəlb ediləcək.
"Report" xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında növbəti iclasında komitə sədri Musa Quliyev bildirib.
M.Quliyev qeyd edib ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulub. Bu isə Fondun qarşıya qoyduğu 12 istiqamətdə məşğulluq məsələlərinin həllinə imkan yaradacaq.