Azərbaycanda aksizli malların siyahısının genişləndirilməsi təklif edilir.
"Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Aksizli malların siyahısına aşağıdakılar daxil edilir:
- Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər;
- Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.