“Rusiyanın müvafiq qurumu (("Rosselxoznadzor" - "Report") tərəfindən Azərbaycandan ora gedən pomidorlara qadağaların qoyulması ilə bağlı qərar yoxdur”.
“Report”un xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycandan ixrac olunan pomidor və alma məhsullarının ixracı mükündür:
“Bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur”.
Qoşqar Təhməzli
Qeyd edək ki, Azərbaycandan göndərilən 432,5 ton həcmində təzə pomidorun Rusiyaya buraxılmaması barədə məlumatı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") yaymışdı.