Aydın Mirzəzadə: Ermənistan Azərbaycanın azad etdiyi torpaqlarda mina basdırılmasına 400 milyon dollar xərcləyib

Aydın Mirzəzadə: Ermənistan Azərbaycanın azad etdiyi torpaqlarda mina basdırılmasına 400 milyon dollar xərcləyib Ermənistan işğal dövründə minaların alınması və basdırılmasına 400 milyon ABŞ dolları vəsait xərcləyib.
Milli Məclis
16 Oktyabr , 2024 11:48
Aydın Mirzəzadə: Ermənistan Azərbaycanın azad etdiyi torpaqlarda mina basdırılmasına 400 milyon dollar xərcləyib
Aydın Mirzəzadə

Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə minaların alınması və basdırılmasına 400 milyon ABŞ dolları vəsait xərcləyib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, minaların təmizlənməməsi həmin ərazilərə qayıdışı mümkünsüz edir: “Minaların təmizlənməsi üçün Ermənistanın minalamağa xərclədiyi rəqəmdən qat-qat çox vəsait lazım olacaq. İndiyədək mina qurbanı olan vətəndaşlarımızın sayını açıqladıq. Habelə belə bir anlayış var: qanla yazılmış qanun. Fikrimcə, “Minatəmizlənəmə haqqında” qanun da məhz qanla yazılıb”.

Son xəbərlər

Orphus sistemi