Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün yanvarın 7-də ölkənin paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, deputat Arzu Nağıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin, millət vəkili Naqif Həmzəyev isə TÜRKPA-nın xətti ilə seçkiləri izləyəcəklər.
Yanvarın 10-da keçiriləcək seçkilər zamanı deputatlarımız bir sıra məntəqələrdə olacaq, orada yaradılmış şəraitlə yaxından maraqlanacaq, prosesin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər.
Səfər yanvarın 15-də başa çatacaq.