Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Latviyaya səfər edəcək.
Riqadakı diplomatik mənbələrdən "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, səfər bu ilin fevral ayında baş tutacaq.
Səfər zamanı Milli Məclis sədri Latviya Seyminin üzvləri və ölkə rəhbərıiyi ilə görüşləri nəzərdə tutulur.