“Azərbaycanda ailə məhkəmələrinin yaradılmasına ehtiyac var”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva yanvarın 18-də parlamentdə keçirilən komitə iclasında çıxışı zamanı deyib.
Deputat parlamentdə nikah müqaviləsi ilə bağlı da dinləmələrin keçirilməsini təklif edib: “Nikah müqaviləsinin adı dəyişib evlilik anlaşması kimi qanunvericiliyə daxil edilməlidir. Həmçinin ailə məhkəmələrinə ehtiyac var. Çünki mövcud məhkəmələrin ailələrin dağılma səbəbləri ilə maraqlanmağa vaxtı yoxdur”.