“Elektron sənədləşmə ilə bağlı vahid sistem yaradılır. Bütün dövlət qurumlarının həmin sistemə çıxışı da olacaq”.
“Report”un xəbərinə görə, bu fikirləri maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
“Bu baxımdan dövlət qurumlarının əlavə vəsait xərcləməsinə ehtiyac qalmır”, - nazir vurğulayıb.