Azərbaycanda elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq olunan aksiz dərəcələri artırılır.
"Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə, elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq edilən aksiz dərəcələri 20 manatdan 220 manata qaldırılır.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.