Azərbaycanda Ombudsmana yeni hüququn verilməsi təklif olunur

Azərbaycanda Ombudsmana yeni hüququn verilməsi təklif olunur Azərbaycanda Ombudsmana qanunvericilik təşəbüsü hüququnun verilməsi təklif olunur.
Milli Məclis
4 Mart , 2022 12:25
Azərbaycanda Ombudsmana yeni hüququn verilməsi təklif olunur

Azərbaycanda Ombudsmana qanunvericilik təşəbüsü hüququnun verilməsi təklif olunur.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deyib.

O, təklif edib ki, gələcəkdə Konstitusiyaya əlavə və dəyişikliklər edilən zaman Ombudsmana qanunvericilik təşəbüsü hüququnun verilməsi də əlavə edilsin:

“Bundan sonra isə Ombudsman təkliflərlə yox, qanunvericilik təşəbbüsü ilə çıxış edə bilsin”.

Son xəbərlər

Orphus sistemi