Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin siyahısı genişləndirilir

Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin siyahısı genişləndirilir Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin siyahısı genişləndirilir.
Milli Məclis
21 Yanvar , 2021 13:03
Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin siyahısı genişləndirilir
0 : 00
0 : 00

Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin siyahısı genişləndirilir.

“Report”un xəbərinə görə, bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik edilir.

Hazırkı qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin siyahısına əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.

Təklif edilən dəyişikliklə isə həmin kateqoriyadan olan insanların siyahısına şəhid ailəsinin üzvləri də daxil edilir.

Son xəbərlər

Orphus sistemi