“Qazilərin pensiya təminatı və müalicəsi ilə bağlı problemlər var. Bu məsələləri həll etmək lazımdır”.
“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, yaşayış minimumuna yenidən baxılmalıdır: “Yaşayış minimumu təkmilləşdirilməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır”.
Qeyd edək ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.