Baş prokuror: “Deputat bu hərəkəti ilə dövlətin nüfuzuna zərbə vurub”

Baş prokuror: “Deputat bu hərəkəti ilə dövlətin nüfuzuna zərbə vurub” “Deputatların səlahiyyətləri var. Deputat məlum hadisədə səlahiyyətlərini aşıb. Ona görə də ona vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılıb”.
Milli Məclis
3 Avqust , 2021 12:31
Baş prokuror: “Deputat bu hərəkəti ilə dövlətin nüfuzuna zərbə vurub”
0 : 00
0 : 00

“Deputatların səlahiyyətləri var. Deputat məlum hadisədə səlahiyyətlərini aşıb. Ona görə də ona vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi açılıb”.

“Report”un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, deputatın bu hərəkəti ilə polisin timsalında dövlətin nüfuzuna zərbə vurulub: “Eldəniz Səlimova qarşı Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi açılması hüquqa çərçivəsindədir. Hakimiyyət nümayəndələri həmişə vəzifəli şəxs sayılır. Milli Məclisin deputatları da klassik olaraq vəzifəli şəxslərdir. Cinayət Məcəlləsinin 315-ci maddəsi isə hakimiyyət nümayəndəsinə zor tətbit etməklə bağlıdır. Lakin burada xidməti vəzifə anlayışı var, yəni 315-ci maddə xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə zor tətbiq etmək halı ilə bağlıdır".

Son xəbərlər

Orphus sistemi