Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.
“Report” xəbər verir ki, toplantının gündəliyinə 3 məsələ daxil edilib.
Əvvəlcə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəd müzakirəyə çıxarılıb.
Daha sonra komitə üzvlərinin müzakirəsinə “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” və Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələri təqdim olunub.
Qanun layihələrinə əsasən Şərur rayonun inzibati ərazi bölgüsündə olan Dəmirçi kənd inzibati ərazi dairəsindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir.
Müzakirələrdən sonra hər 3 məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.