Daşkənddə Qadın Parlament Sədrlərinin Sammiti başlayıb

Daşkənddə Qadın Parlament Sədrlərinin Sammiti başlayıb Daşkənddə Qadın Parlament Sədrlərinin XIV Sammiti işinə başlayıb. Azərbaycanı tədbirdə Özbəkistanda işgüzar səfərdə olan Milli Məclisi sədri Sahibə Qafarova təmsil edəcək.
Milli Məclis
8 Sentyabr , 2022 10:19
Daşkənddə Qadın Parlament Sədrlərinin Sammiti başlayıb

Özbəkistanın paytaxtı Daşkənddə Qadın Parlament Sədrlərinin XIV Sammiti başlayıb.

“Report” “Sputnik-Uzbekistan”a istinadən xəbər verir ki, Azərbaycanı tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir. 

Sammit iştirakçıları “Parlamentdə liderlik: Dayanıqlığı və inkişafı daha səmərəli təmin etmək üçün risklərin proqnozlaşdırılması” mövzusunu müzakirə edirlər.

Xüsusilə, tərəflər pandemiyadan sonra qlobal bərpaya mane olan risklərin aradan qaldırılmasını nəzərdən keçirəcəklər.

Bundan əlavə, sammitdə qızların və qadınların, o cümlədən reproduktiv sağlamlıq sahəsində həssaslığının azaldılması, rəqəmsal iqtisadiyyat və əmək sahəsində texnoloji innovasiyaların stimullaşdırılması təşəbbüsləri də müzakirə olunacaq.

Sammit sentyabrın 9-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi