“Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində, Arazdəyən kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunu Amerikanın maliyyə yardımı inşa edir”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin növbədənkənar sessiyasının plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu zavod təkcə ekoloji deyil, gələcəkdə hərbi təhlükəyə də səbəb ola bilər: “Ona görə də gələcəkdəki hərbi-siyasi təhlükənin qarşısını almaq üçün ciddi addımlar atmalıyıq və bunu müzakirə etməliyik”.