Deputat: "Valideynlərin təzyiqi ilə yetkinlik yaşına çatmayan qızlar ərə verilir"

Deputat: "Valideynlərin təzyiqi ilə yetkinlik yaşına çatmayan qızlar ərə verilir" “Bu gün qadın-kişi bərabərliyində hər hansı problem yoxdur. Bizim qadınlara münasibətimiz digər xalqlardan tarix boyu fərqlənib”.
Milli Məclis
30 Dekabr , 2020 13:05
Deputat: Valideynlərin təzyiqi ilə yetkinlik yaşına çatmayan qızlar ərə verilir

“Bu gün qadın-kişi bərabərliyində hər hansı problem yoxdur. Bizim qadınlara münasibətimiz digər xalqlardan tarix boyu fərqlənib”.

“Report” xəbər verir ki, bu fikirləri parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında çıxış edən Milli Məclisin deputatı Fəazil Ağamalı deyib.

Onun sözlərinə görə, bu gün bəzi valideynlərin təkidi, təzyiqi ilə yetkinlik yaşına çatmayan qız uşaqları ərə verilir: “Son vaxtlar Avropanın transfer etdiyi qaydalar da Azərbaycanın ailə institutuna mənfi təsir edir. Rayonlarımızda hələ də qız uşaqlarının təhsil alması ilə bağlı mənfi münasibət özünü göstərməkdədir”.

Son xəbərlər

Orphus sistemi