Dərman vasitələrinin dövlət reyestrinin aparılması ilə bağlı layihə III oxunuşda qəbul edilib

Dərman vasitələrinin dövlət reyestrinin aparılması ilə bağlı layihə III oxunuşda qəbul edilib Azərbaycanda dərman vasitələrinin dövlət reyestrinin aparılması ilə bağlı layihə III oxunuşda qəbul edilib.
Milli Məclis
14 İyul , 2023 12:14
Dərman vasitələrinin dövlət reyestrinin aparılması ilə bağlı layihə III oxunuşda qəbul edilib

Azərbaycanda dərman vasitələrinin dövlət reyestrinin aparılması ilə bağlı layihə III oxunuşda qəbul edilib.

"Report"un xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, təklif olunan dəyişikliklə dərman vasitələrinin dövlət reyestri (bundan sonra – dövlət reyestri) həyata keçiriləcək.

Qeyd edək ki, dövlət reyestri - bu qanuna uyğun olaraq Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemidir.

Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi