Elektron siqaret və qəlyan aksiz vergisinə cəlb olunacaq

Elektron siqaret və qəlyan aksiz vergisinə cəlb olunacaq Tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilir.
Milli Məclis
3 Noyabr , 2021 11:30
Elektron siqaret və qəlyan aksiz vergisinə cəlb olunacaq

Azərbaycanda tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilir.

"Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Layihəyə əsasən, tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunur.

Siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1000 ədədinə görə 38.5 manat olması müəyyən olunur. Daha əvvəl siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1000 ədədinə görə 35 manat idi.

Son xəbərlər

Orphus sistemi