“Antiinfilyasiya siyasəti hazırda Azərbaycan hökumətinin mühüm fəaliyyət istiqamətlərindən biridir”.
“Report” xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – hökumətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.
“BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə, ötən il dünyada ərzaq 23% bahalaşıb. Azərbaycanda da ərzağın qiyməti artıb. 2021-ci ildə ümumi infilyasiyanın 60%-i ərzaq inflyasiyasının payına düşüb”, - deyə o, qeyd edib.