“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklərin qüvvəyə minmə vaxtı uzadılıb.
“Report”un xəbərinə görə, qanuna dəyişikliklər 2022-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, qanuna dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi yeni qaydalar əsasında keçiriləcək. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq. Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.
Qanuna dəyişiklik layihəsinin 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu.