Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında həyata keçirdiyi yoxlamalarla bağlı rəyini Milli Məclisə göndərib.
Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.
Bildirilib ki, rəy artıq parlamentə daxil olub: “Rəydə müəyyən pozuntularla bağlı məlumatlar öz əksini tapıb”.
Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.